"Empoli"nin hücumçusu İsmael Konate "Yuventus"a transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı hücumçu Turin təmsilçisi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb və ilk vaxtlar "Yuventus"un gənclər komandasında oynayacaq.
O, ötən mövsüm "Empoli"nin heyətində ilk hissəsini B Seriyasında beş oyun keçirib, daha sonra 2026-cı ilin qışında C Seriyasında mübarizə aparan (ölkənin üçüncü ən güclü divizionu) "Lekko"ya icarəyə verilib. Forvard orda 19 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə edib.
Qeyd edək ki, Konate İtaliyanın 20 yaşadək millisində 10 oyunda meydana çıxıb.