"Mançester Yunayted" yay "transfer pəncərəsi"ndə Markus Reşfordun komandadan ayrılacağı təqdirdə Krysensio Sammersvilli transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Vest Hem" Çempionşipə düşdükdən sonra 24 yaşlı niderlandlı cinah oyunçusunu münasib təklif qarşılığında satmağa hazırdır. London klubu futbolçu üçün təxminən 30 milyon funt sterlinq tələb edir.
Qeyd edək ki, Sammersvilli başa çatan mövsümdə "Vest Hem"in heyətində 34 rəsmi matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.