AFFA baş katibinin müavini Elçin Məmmədov "UEFA Akademiyası Məzunlarının Assosiasiyası" ("UEFA Academy Alumni Association") tərəfindən təsis edilmiş Mentorluq Proqramına mentor qismində seçilib. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Elçin Məmmədov bu proqram çərçivəsində UEFA Akademiyasında təhsil almış məzunlarla mentor kimi çalışacaq.