Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatına hazırlıq prosesi barədə danışıb. Sport24.az xəbər verir ki, federasiya rəsmisi cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında açıqlama verib.
"Bizim komandanın əsas məqsədi olimpiadada yaxşı nəticə qazanmaqdır. Bakıdakı mundial dörd illiyin ortasına təsadüf edir. Yarışın Azərbaycanda keçirilməsi məsuliyyətimizi artırır. Məşqçilər və idmançılar bunu başa düşürlər", - deyə Rəsullu bildirib.
ACF-nin icraçı vitse-prezidenti hazırlıq prosesinin planlı şəkildə davam etdiyini vurğulayıb:
"Hazırlığımız sistemli şəkildə davam edir. Dünya çempionatı başqa səviyyədir. Ən zəif idmançı da burada özünü göstərməyə çalışır".
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.