"İnter" "Arsenal"ın futbolçusu Qabriel Martinelli ilə maraqlanır. Sport24.az xəbər verir ki, "nerazzura" braziliyalı üçün danışıqlara başlayıb.
İtaliya çempionu 25 yaşlı vingerin keçidini bu yay həll etməyə çalışır.
Martinelli özü də İtaliyada oynamağa müsbət yanaşır. Braziliya millisinin üzvünün "Arsenal"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, "Bavariya" və PSJ-nin də transfer siyahısındadır.
Xatırladaq ki, Qabriel 2019-cu ildə "İtuano"dan "Arsenal"a keçmişdi.