"Arsenal" heyətini "Leyptsiq"in vingeri Antonio Nusa ilə gücləndirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.

 

London təmsilçisi 21 yaşlı Norveç millisinin üzvü üçün bu ay 40 milyon avro dəyərində ilk təklif göndərməyə hazırlaşır. Lakin "Leyptsiq" futbolçunu ən azı 60 milyon avroya satmaq niyyətindədir.

 

Bildirilir ki, baş məşqçi Mikel Arteta sol cinahı daha sürətli və yaradıcı oyunçu ilə gücləndirmək istəyir. Leandro Trossardın komandadan ayrılması və Qabriel Martinellinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik Nusanın transferini aktuallaşdırıb.

 

Antonio Nusa 2026-cı il dünya çempionatında Norveç millisinin heyətində uğurlu çıxışı ilə diqqət çəkib və Kot-d'İvuara vurduğu qol turnirin yaddaqalan məqamlarından biri olub.