"Sanderlend" yay "transfer pəncərəsi"ndə "Tuluza"nın sol cinah müdafiəçisi Dayan Metalini heyətinə qatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Premyer Liqa təmsilçisi 20 yaşlı futbolçunu müdafiə xətti üçün əsas namizədlərdən biri hesab edir. Baş məşqçi Reji Le Bri və məşqçilər korpusu Fransanın U-21 millisinin üzvünü böyük inkişaf potensialına malik oyunçu kimi dəyərləndirir.
Dayan Metali ötən mövsüm Liqa 1-də "Tuluza"nın heyətində 28 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, klubun öz yetirməsidir və uğurlu çıxışından sonra karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək şansı qazana bilər.