"Portu"nun yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Bu vəzifəyə Martin Anselmi təyin edilib. Argentinalı mütəxəssislə  2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Anselmi Vitor Brunonu əvəzləyib.

 

Qeyd edək ki, "Portu" hazırda Portuqaliya çempionatında 19 turdan sonra 41 xalla 3-cü pillədə qərarlaşıb.