"Milan" rəhbərliyi argentinalı mütəxəssis Marselo Qalyardonu baş məşqçi postuna təyin edə bilər. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 48 yaşlı mütəxəssisin namizədliyini nəzərdən keçirir.

 

Qalyardo hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çalışır.

 

Qeyd edək ki, bir müddət əvvəl "Milan"ın hazırkı baş məşqçisi Stefano Piolinin mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb. "Qırmızı-qaralar" A Seriyasında 36 turdan sonra 74 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.