Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsində Venesuelaya qarşı keçirəcəkləri matçdan əvvəl təşkil olunan mətbuat konfransında bu oyunun Lionel Messinin vətənində sonuncu oyunu ola biləcəyindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Sport24.az xəbər xəbər verir ki, bu barədə ESPN məlumat yayıb:

 

"Bəli, bu, Leonun dediyi kimi, emosional, xüsusi və zövqlü matç olacaq. Çünki bu, həqiqətən də, 2026-cı il dünya çempionatının seçmə mərhələsində doğma torpaqda son matçımızdır. Həmişə dediyimiz kimi, bundan həzz almalıyıq. Sözün düzü, Messi ilə bir yerdə çalışdırmaq mənim üçün böyük zövqdür və ümid edək ki, stadiona gələn azarkeşlər də bundan həzz alacaqlar, çünki o, həqiqətən buna layiqdir".

 

Qeyd edək ki, 38 yaşlı Messi karyerasını nə vaxt bitirəcəyini açıqlamayıb. Lakin keçən həftə Buenos-Ayresdə Venesuela ilə matçın onun dünya çempionatının seçmə mərhələsində öz meydanında son oyunu olacağını təsdiqləyib.