"Real"ın baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda klubu tərk edəcək. Sport24.az xəbər verir ki, bununla bağlı "The Athletic" məlumat yayıb.
Mənbənin məlumatına görə, 65 yaşlı italiyalı yayda Braziliya millisinə rəhbərlik edəcək. Klublararası dünya çempionatında isə "Real"ın "sükanı arxasında" başqa mütəxəssis olacaq.
Qeyd edək ki, "Real" Ançelottinin rəhbərliyi altında iki dəfə İspaniya çempionu və iki dəfə İspaniya kubokunun qalibi olub. Həmçinin üç dəfə Çempionlar Liqası və UEFA Superkubokunun, iki dəfə klublararası dünya çempionatının əsas mükafatına sahib çıxıb.