"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın hazırkı durumu haqda danışıb. Sport24.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 12-ci turunda "Everton"a uduzduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

 

Mütəxəssis deyib: "Qorxuram. Keçən mövsümün əhval-ruhiyyəsinə qayıtmaqdan qorxuram. Məni ən çox narahat edən budur. Biz birlikdə işləməliyik. Oyunçular çalışırlar, lakin biz daha yaxşı olmalıyıq".

 

Qeyd edək ki, Amorim 2024-cü ildən "Mançester Yunayted"i çalışdırır.