"Real"ın qapçısı Tibo Kurtua xəstələnib. Sport24.az xəbər verir ki bu barədə "Marca" məlumat yayıb.

 

Qolkiper Madrid təmsilçisinin son məşqinə qoşulmayıb. Böyük ehtimalla, Kurtua Çempionlar Liqasında "Olimpiakos"a qarşı oyunda iştirak etməyəcək. 

 

Qeyd edək ki, Belçika millisinin də formasını geyinən qapıçı cari mövsümdə "Real"ın heyətində Çempionlar Liqasında 4 oyuna çıxıb və qapısında 2 qol görüb. İki matçda isə qapısının toxunulmaz saxlayıb.