AFFA U-12 Qızlar Liqasında çıxış edən Gəncənin "Azəri" komandası yarışlardan kənarlaşdırılıb. Sport24.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.
Kollektiv son olaraq "Goranboy OİK" ilə görüşdə iştirak etməyib və texniki məğlubiyyət (0:3) alıb.
Gəncə komandası üçüncü dəfə matçlara getmədiyi üçün yarışlardan kənarlaşdırılıb.