Fikrimcə, "Şamaxı" ilə oyunda 2 xal itirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Stiv Solvet deyib.

29 yaşlı mərkəz müdafiəçisi Misli Premyer Liqasının 12-ci turunda "Şamaxı" ilə matç haqda fikirlərini bölüşüb:

"Rəqib yaxşı təşkil olunmuş, kompakt müdafiə olunmağı bacaran komandadır. Oyundan öncə bu matçın asan olmayacağını bilirdik. 90 dəqiqə ərzində bir neçə yaxşı qol imkanımız oldu. Meydanda üstün tərəf biz idik. Lakin həlledici ötürmələrdə dəqiq ola bilmədik. Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, 3 xal qazana bilmədik. Artıq bu oyun geridə qalıb. İndi qarşıdakı oyunlarımıza köklənməliyik".

Qeyd edək ki, 22 xallı "Sabah" turnir cədvəlində 4-cü pillədədir.