Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqası matçı üçün Tacikistana yollanmayıb. Sport24.az xəbər verir ki, bu barədə Tacikistan təmsilçisi"İstiqlol"un baş direktoru Şahzod Süleymonov "Sport24.ru"ya açıqlamasında bildirib:

 

"Kriştianonun oyunumuza gəlməməsinə çox məyusuq. Bu, onun bu mövsüm Tacikistanda oynamaq üçün son şansı idi".

 

Kriştiano Ronaldo və Kinqsli Koman "İstiqlol"la oyun üçün Tacikistana getməyiblər. Fransız zədə səbəbindən heyətdə yer almayıb. Portuqaliyalı isə sadəcə komandanın səfər oyunlarına getmir. O, əvvəlki turlarda Hindistan və ya İraqa da yollanmamışdı.

 

Qeyd edək ki, "İstiqlol" - "Əl-Nəsr" qarşılaşması noyabrın 26-da Hisardakı stadionda keçiriləcək.