"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın soyunub-geyinmə otağındakı televizoru zədələyib. Sport24.az xəbər verir ki, hadisə "Brayton"la qarşılaşmadan sonra yaşanıb.
İngiltərə Premyer Liqasının 22-ci turunda öz meydanında 1:3 hesabı ilə uduzan "qırmızı şeytanlar"ın çalışdırıcı əsəbini televizordan çıxıb. Taktiki gedişlərin nümayiş olunduğu cihazın təmirə ehtiyacı olduğu bildirilib.
Qeyd edək ki, "Mançester Yunayted" Amorimin rəhbərliyi ilə 10 oyunun 3-də qələbə qazanıb, 2-də heç-heçə oynayıb, 5-də isə uduzub.