Məşhur müğənni Rihannanın sevgilisi olan amerikalı reper Rokki İngiltərənin "Tranmere Rovers" klubunu alır. Sport24.az "The Sun"-a istinadən xəbər verir ki, Rokki, əsl adı Rakim Athelaston Myers "Tranmere Rovers"in satılmasından cavabdeh olan məşhur hüquqşünas Co Tacopinanın rəhbərlik etdiyi investisiya qrupunun bir üzvüdür.

 

Qrup, sabiq futbolçu Mark Paliosa məxsus klubun səhmlərinin 80 faizini təxminən 15 milyon funt-sterlinqə almağa hazırlaşır.

 

Qeyd edək ki, "Tranmere Rovers" hazırda İngiltərənin 4-cü liqasında mübarizə aparır.