UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Sport24.az xəbər verir ki, oyunlar Almaniya və Belçikada reallaşıb.

Dortmund "Borussiya"sı İngiltərənin "Çelsi" klubunu qonaq edib. "Siqnal İduna Park" stadionunda keçirilən görüşdə meydan sahibləri minimal hesablı qələbəyə seviniblər. Komandanın 63-cü dəqiqədə vurulan yeganə qolunun müəllifi Kərim Adeyemi olub.

Belçikada isə yerli "Brügge" Portuqaliyanın "Benfika" klubu ilə üz-üzə gəlib. Bu görüşdə isə qonaqlar qələbə qazanıblar. Joau Mariu və David Neresin qolları Portuqaliya təmsilçisi səfərdə üstün edib. 

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya "Bavariya"sı Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə qalib gəlib.