"Fənərbağça"nın prezidenti Ali Koç komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasından iki gün sonra Joze Mourinyonu baş məşqçisi postundan uzaqlaşdırmaq qərarının səbəblərini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu X sosial şəbəkəsində paylaşım edib.

 

Klub prezidenti komandanın oyunundan narazı qaldığını vurğulayıb:

 

"Mourinyo ilə mövsümün sonunda daha çox dominant olmağımız lazım olduğunu müzakirə etdik. Məqsədimiz 99 xal toplamaq və 99 qol vurmaq idi. "Benfika" ilə oyundan sonra mötəbər turnirdə mübarizəni dayandırmağımız mənə o qədər ağır gəlmədi. Düzdü, bunun baş verməsi yolverilməz idi. Sadəcə, gördüm ki, komandamızın oyununda ötən mövsümlə müqayisədə dəyişiklik yoxdur. Ona görə də Mourinyo ilə vidalaşdıq".

 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2024-cü ilin yayından "Fənərbaxça"nın "sükanı arxasında" idi.