İngiltərənin “Hall Siti” komandasına yeni baş məşqçi təyin olunub.

Sport24.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Şota Arveladze çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gürcüstanlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.

48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan "Paxtakor"u olub. Arveladze Daşkənd komandasına 2 dəfə ölkə çempionluğu və kubokunu qazandırıb. Şota Arveladze Türkiyədə "Trabzonspor", "Kayserispor" və "Kasımpaşa"nın da baş məşqçisi olub.

“Hall Siti” Çempionşipdə mübarizə aparır. Komanda 27 oyundan sonra 19-cu pillədə qərarlaşıb. Klub türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur. O, bir neçə həftə öncə bu klubu alandan bəri baş məşqçi postunda dəyişiklik gözlənilirdi.