Futbol üzrə İtaliya A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Sport24.az xəbər verir ki, bu ada “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini layiq görülüb.

Berqamo təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında noyabr ayında A Seriyasında üç oyuna çıxıb və hamısında qalib gəlib. Qasperininin yetirmələri “Kalyari” (2:1), “Spetsiya” (5:2) və “Yuventus”dan (1:0) güclü olub.

Qasperini mükafatını A Seriyasının 15-ci turu çərçivəsində bu gün baş tutacaq “Venetsiya” ilə ev oyununda alacaq.