Filippo İnzaqi ilə yolları ayıran "Salernitana"nın yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, A seriyasında mübarizə aparan komandanın "sükanı" Fabio Liveraniyə tapşırılıb. 

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Liverani ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, əvvəllər "Cenoa", "Leyton", "Ternana", "Leççe" və "Kalyari"də işləyib. Onun son iş yeri "Kalyari" olub və 2022-ci ildə komandanı tərk edib.

 

Qeyd edək ki, bu gün istefaya göndərilən İnzaginin rəhbərliyi ilə "Salernitana" 24 oyundan sonra 13 xalla sonuncu pillədə qərarlaşıb.