İngiltərə millisinin səkkiz oyunçusu Uruqvayla yoldaşlıq oyunundan sonra millinin düşərgəsini tərk edib. Sport24.az xəbər verir ki, bu barədə bu ölkənin mətbuatı məlumat yayıb.
Deklan Rays və Bukayo Saka tibbi müayinə üçün milli komandadan ayrılıb. Con Stounz və Noni Madueke zədə səbəbindən klublarına qayıtdılar. Daha əvvəl Maduekenin dizindən zədə aldığı və bu səbəbdən ilk hissədə əvəzləndiyi bildirilirdi.
Həmçinin, Aaron Ramsdale, Fikayo Tomori, Adam Varton və Dominic Calvert-Levin İngiltərə heyətindən çıxarılıb.
Qeyd edək ki, martın 31-də Yaponiya ilə qarşılaşacaq.