Minifutbol üzrə ölkə çempionatında 2025/2026 cı il mövsümünə yekun vurulur. Sport24.az xəbər verir ki, liqanın həlledici matçında "Zirə" və "Birbaşa Bakı" komandaları qarşılaşacaq.
Bir tərəfdə dördqat ölkə çempionu "Birbaşa Bakı" digər tərəfdə isə çempionluq arzusu heç cür reallaşmayan "Zirə".
Böyük maraqla gözlənilən bu qarşılaşma 3 aprel, saat 20:30-da Bakı Tennis Akademiyasında keçiriləcək. Final görüşü "İdman TV" və AMF-nin rəsmi yutub səhifəsindən canlı yayımlanacaq.