"Liverpul" mövsümün sonunda baş məşqçi dəyişikliyi edəcək. Sport24.az xəbər verir ki, klub hazırda komandaya rəhbərlik edən Arne Slot ilə yolları ayıracaq.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Slotun əvəzinə bu posta Xabi Alonso gətiriləcək. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.


"Liverpul" Premyer Liqada 31 turdan sonra 49 xalla 6-cı sıradadır.

 

Xabi daha əvvəl "Bayer" və "Real"da çalışıb.