Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı klub baş məşqçisini açıqlayıb. Sport24.az xəbər verir ki, bu ada "Çelsi"nin Tomas Tuxel layiq görülüb.

48 yaşlı almaniyalı mütəxəssis 230 xalla bütün rəqiblərini qabaqlayıb.

"Mançester Siti"dən Xosep Qvardiola 55 xalla 2-ci, "Bavariya"dan Hans-Diter Flik 25 xalla 3-cü, "Vilyarreal"dan Unay Emeri 15 xalla 4-cü, "Atletiko"dan Dieqo Simeone 10 xalla 5-ci olub.