Tacikistanın 17 yaşadək futbolçulardan ibarət yığmasının yarımmüdafiəçisi Məhəmməd Nəzriyev bir oyunda vurulan qolların sayına görə yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, 16 yaşlı futbolçu bunu 2025-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində evdə Quam yığmasını 33:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.

 

Qollardan 14-nə müəlliflik edən Nəzriyev FIFA-ya bayrağı altında çıxış edən  daxil olan millilər arasında bir matç ərzində vurulan qolların sayına görə rekord müəyyənləşdirib.

 

Qeyd edək ki, əvvəlki rekord avstraliyalı futbolçu Arçi Tompsona məxsus idi. O, 2001-ci ildə Amerika Samoasına qarşı oyunda (33:0) 13 dəfə fərqlənmoşdi.