9 mart tarixi Avropa, xüsusilə İtaliya futbolu üçün əhəmiyyətəli bir gündür. Sport24.az xəbər verir ki, 1908-ci ilin bu günündə Milan təmsilçisi olan "İnter" klubu yaranıb.

Klub rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası olaraq təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb.

1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medallar qazanıb. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayıb. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb.

1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993-1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib. Sonra isə UEFA Kubokunu qazanıb. 1995-ci ildə Massimo Moratti, Ronaldo, Kristian Vyeri və Ernan Krespo kimi oyunçular komandanın heyətinə qatılıb.

Amma klub yenə də ölkə çempionatında uğur qazana bilməyib. 1998-ci ildə Luidji Simonenin rəhbərlik etdiyi "İnter" yenə UEFA Kubokuna sahiblənib. 2000-ci ildə Moratti Marçello Lippini klub rəhbərliyinə gətirib. 2002-2003-cü illər "İnter" A Seriyasında ikinci yeri tutub, UEFA Çempionlar Liqasının yarımfinalda şəhəri digər təmsilçisi "Milan" a məğlub olub.

Ümumi nəticələrə gəldikdə, "İnter" 3 dəfə UEFA Çempionlar Kubokunun qalibi, eyni sayda UEFA Kubokunun və Qitələrarası Kubokun qalibi olub. Bundan başqa klubun aktivində 19 dəfə İtaliya çempionluğu, 7 dəfə İtaliya Kubokunun qalibi, 5 dəfə İtaliya Superkubokunun qalibi olub.