WTA reytinqinin lideri İqa Şvöntek son vaxtlar Rusiya və Belarus tennisçilərinin Böyük Britaniya ərazisindəki turnirlərdəki iştirakı ilə bağlı müzakirələrə münasibətini bildirib. Sport24.az xəbər verir ki, polşalı tennisçi buna çox vaxt ayırmağın doğru olmadığını söyləyib: “Fikrimcə, belə vəziyyətdə rusiyalı və belaruslu tennisçilərin yarışlara buraxılması haqda danışana qədər ukraynalı raketka ustalarına kömək etmək lazımdı. Onların özlərini rahat hiss etməsi üçün əlimizdən gələni etməliyik”. 

Şvöntekin bu açıqlamasına belaruslu tennisçi Viktoriya Azarenko dərhal cavab verib: “Paltardəyişmə otağında heç bir gərginlik hiss etmirəm. Bəlkə də bəzi tennisçilər fərtqli hisslər keçirir. Ümumiyyətlə, Şvöntekin fikirləri ilə razı deyiləm. Ona fikir bildirməzdən əvvəl məsələ ilə tanış olmağı məsləhət görürəm. WTA Tennisçilərinin Şurasının üzvü kimi ona hər şeyi başa salmağa hazıram. Biz ancaq belə danışa bilərik”.