Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziumla bağlı rəsmi dəvət xarakterli paylaşım edib. Sport24.az AMADA-ya istinadən xəbər verir ki, sözügedən video qurumun rəsmi sosial media kanallarında və internet səhifəsində yayımlanıb.

 

Videoda çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.

 

Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini nümayiş etdirir.