Kiyev "Dinamo"su, "Milan" və Gürcüstan millisinin keçmiş müdafiəçisi, hazırda Tbilisi meri olan Kaxa Kaladze, "Milan"ın keçmiş sahibi Silvio Berluskoninin 2008-ci ildə Gürcüstandakı münaqişənin bitməsinə necə təsir etdiyindən danışıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "La Gazzetta dello Sport"un sualını cavablandırıb:
- Siyasətə qoşulduğunuz üçün yəqin ki, Berluskonidən bir şey öyrənmisiniz...
- Əlbəttə. Sizə bir hekayə danışım: 2008-ci ildə Gürcüstanda müharibə, dəhşətli bir vəziyyət var idi. Putinlə münasibəti yaxşı olan Berluskoninin yanına getdim və ondan edə biləcəyi bir şey olub-olmadığını soruşdum. O, mənim yanımda ona zəng vurdu və qısa müddət sonra sülh müqaviləsi imzalandı.
Kaladze "Milan"ın sabiq prezidentini belə xarakterizə edib: "Mənim üçün Silvio sadəcə böyük prezident, iş adamı və siyasətçi deyildi. Hər şeydən əvvəl, o, gözəl insan idi".