Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib. Sport24.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Turan Tovuz"un kapitanının yubileyi "Karvan-Yevlax"la matça (1:0) təsadüf edib. O, Misli Premyer Liqasının XIX turunun görüşünə start heyətində çıxıb.

 

Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.

 

25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/20 mövsümündə "Qəbələ" forması ilə Premyer Liqada debüt edən Hacıyev "qırmızı-qaralar"la 6 oyuna çıxıb. O, "Turan Tovuz"dakı 94 görüşdə 3 qol vurub.

 

Qeyd edək ki, Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.