"Jirona" rəsmi olaraq "Marsel"in keçmiş qapıçısı Ruben Blankonun transferini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

30 yaşlı qolkiper Kataloniya klubu ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Bu transfer, qayıdış tarixi hələ də məlum olmayan Mark-Andre ter Şteqenin zədəsi ilə bağlıdır.

 

Blanko bu mövsüm heç bir oyunda meydana çıxmayıb. İspaniyalı "çərçivə qoruyucusu" ümumiyyətlə, sonuncu dəfə "Marsel"in heyətində 2024-cü ilin fevralında "Brest"ə qarşı oyunda forma geyinib.

 

Qeyd edək ki, "Jirona" hazırda 26 xalla La Liqada 12-ci yerdədir.