"Tottenhem" Tomas Frankı baş məşqçi vəzifəsindən azad edib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti açıqlama yayıb.
"Tottenhem" hazırda İngiltərə Premyer Liqasında səkkiz oyunluq qələbəsiz seriyaya malikdir. Komanda 26 oyundan 29 xalla cədvəlində 16-cı yerdədir.
Qeyd edək ki, Tottenhem" Çempionlar Liqasının əsas mərhələsində səkkiz oyundan 17 xal toplayaraq dördüncü yeri tutub və birbaşa 1/8 finala yüksəlib.