"Aston Villa" "Notingem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt ilə yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Aston Villa" 26 yaşlı futbolçu üçün 65 milyon ödəməyə hazırdır. Birmingem təmsilçisi ingiltərəli oyunçunu bu ilin yayında transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Gibbs-Uayt bu mövsüm "Notingem Forest"in heyətində 34 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir