"Çelsi" və "Tottenhem" "Aston Villa"nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocersi heyətlərinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

Mənbənin sözlərinə görə, hər iki klub yay transfer dövründə 23 yaşlı futbolçunu heyətinə cəlb etməyə çalışacaq. Lakin Birmingem təmsilçisi oyunçunu satmaq niyyətində deyil.

Qeyd edək ki, Rocers bu mövsüm "Aston Villa" nın heyətində 35 rəsmi matçda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.