"Yuventus" "Arsenal"ın futbolçusu Rikkardo Kalafiorini yenidən transfer gündəminə gətirib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub rəhbərliyində yer alan Con Elkann "Yuventus"da yenidən italyan futbolçulardan ibarət əsas blok formalaşdırmaq niyyətindədir. Bu model keçmişdə İtaliya millisinin uğurlarında mühüm rol oynamışdı.

Qeyd edilir ki, Kalafiori son dönəmlərdə "Arsenal"da stabil əsas heyət üzvü kimi çıxış etmir. Halbuki o, "Yuventus"a transfer olunacağı halda komandanın əsas fiqurlarından birinə çevrilə bilər.

Qeyd edək ki, 2024-cü ilin yayında da Turin klubu futbolçunu transfer etmək istəsə də, London təmsilçisi 45 milyon avro və 5 milyon bonus təklif edərək bu keçidi reallaşdırmışdı.