Pep Qvardiola Rodrinin "Real"a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi futbolçunun qərarına hörmətlə yanaşacağını qeyd edib:
"Əlbəttə, əgər oyunçu xoşbəxt deyilsə və getmək istəyirsə, klub onun qarşısını almaz. Klub hər şeydən üstündür. Amma düşünürəm ki, Rodri burada xoşbəxtdir", – deyə ispaniyalı mütəxəssis bildirib.
Milli oyunlar zamanı Rodridən Florentino Peresin onu Madridə gətirmək istədiyi soruşulub. 29 yaşlı yarımmüdafiəçi bunu istisna etməyib.
"Dünyanın ən böyük klublarından birindən təklifi rədd etmək çətindir", – deyə o vurğulayıb.
Qvardiola əlavə edib ki, klub rəhbərliyi Rodrinin komandada qalmasını istəyir:
"Klubun istəyi onun qalmasıdır. Mən də belə olacağını düşünürəm, amma futbolda hər şey mümkündür".