Bakıda AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, kurslar martın 9-dan 10-dək (birinci mərhələ), mayın 18-dən 20-dək (ikinci mərhələ), avqustun 10-dan 12-dək (üçüncü mərhələ) və sentyabrın 12-dən 14-dək (dördüncü mərhələ) baş tutacaq.
Kursda iştirak üçün ödəniş məbləği 1000 manat təşkil edir. Müraciətlər həftənin I-V günləri, saat 08:00-dan 17:00-dək qəbul olunacaq. Sənədlərin qəbulu 28 fevral tarixində başa çatacaq.