İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandası da mübarizəyə start verib.

 

Azərbaycanı Olimpiadada fiqurlu konkisürmədə Vladimir Litvintsev, dağ xizəyində Anastasiya Papatoma təmsil edir. 

 

Vladimir Litvintsev artıq yarışa qoşulub. Təmsilçimiz qısa proqramda mübarizə aparıb. Litvintsev 63,63 xalla hələ ki, 17-ci yerdə qərarlaşıb. 29 konkisürəndən ilk 24-ü sərbəst konkisürməyə vəsiqə qazanacaq. Litvintsevin vəsiqə qazanmaq şansı olduqca azdır.

 

Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.