İtaliyalı baş məşqçi Roberto De Zerbi "Marsel"dən ayrılıb. Bu, 2025/26 mövsümündə Liqa 1-in 21-ci turunda PSJ-yə 0:5 hesablı məğlubiyyətdən sonra baş verib. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 

 

Roberto De Zerbi 2024/25 mövsümünün əvvəlində "Marsel"in "sükanı arxasına" keçib. Komanda ötən mövsüm onun rəhbərliyi altında Fransa ikincisi olub. 

 

Qeyd edək ki, cari mövsüm komanda üçün o qədər də uğurlu keçmir. "Marsel" 21 turdan sonra 39 xalla turnir cədvəlində dördüncü yerdədir və liderdən 12 xal geri qalır. Fransa klubunun Çempionlar Liqasında çıxışı da məyusedici oldu. "Marsel" əsas mərhələni 25-ci yerdə başa vurmaqla pley-offdan kənarda qaldı.