Azərbaycan atleti Lamiyə Vəliyeva ölkə rekorduna imza atıb. Bu barədə Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

 

İdmançı 42-ci Azərbaycan çempionatında (qapalı məkanda) 200 metr məsafəyə qaçışda 24.60 saniyə ilə buna nail olub.