"Benfika"nın baş məşqçisi Joze Mourinyonun 2026-cı ilin yayında Portuqaliya millisinin "sükanı arxasına" keçmək ehtimalı yaranıb. Sport24.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası 63 yaşlı mütəxəssisə DÇ-2026 başa çatdıqdan sonra ispaniyalı Roberto Martinesi əvəzləməyi təklif edəcək.

 

J.Mourinyo bu təkliflə razılaşacağı təqdirdə, "Benfika"nın Ruben Amorimə həvalə olunacağı gözlənilir.

 

Qeyd edək ki, J.Mourinyo 2025-ci ilin sentyabrından "Benfika"da çalışır. Lissabon təmsilçisi Portuqaliya çempionatında 21 turdan sonra 49 xalla 3-cü pillədə qərarlaşıb.