Albaniya Kubokunda 1/4 final mərhələsinin ilk matçları keçirilir. Sport24.az xəbər verir ki, millimizin üzvü Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Teuta"nın qonağı olub.

 

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Start heyətində meydana çıxan Zamiq sonadək komandasına kömək edib. 

 

Qeyd edək ki, iki komanda arasında cavab qarşılaşması martın 3-ü baş tutacaq.