"Neftçi" Misli Premyer Liqasının 19-cu turunda doğma meydanda "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidubmatçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Komanda birinci hissədə yaxşı oynadı, ikinci yarıda isə eyni tempi göstərə bilmədi. Bunun səbəbi nədir?

- Bəli, birinci hissədə çox yaxşı oynadıq. Bir qol vurduq. İkincini də vura bilərdik. "Qəbələ"nin isə ümumiyyətlə fürsətləri olmadı. İkinci hissəyə gəldikdə, psixologiya ilə bağlıdır. Komanda bu meydanda uzun müddətdir qələbə qazanmırdı. Hesabda öndə idik deyə bəlkə də komanda müdafiə olunmağı seçdi. Bu da bizim istədiyimiz oyun deyil. Daha yaxşı oyun gözləyirdik. Oyunçulara dedim ki, bu gün bizə qələbə laızmdır. Çünki yolumuza davam edə bilək.Onlar buna nail oldular. Mən də təşəkkür edirəm. Oyun yaddan çıxır. Nəticə isə həmişə yadda qalır.

 

- Mediada belə xəbərlər var ki, "Qarabağ"la oyunun təxirə salınmamasını ən çox siz tələb edirsiz. Bu, nə dərəcədə doğrudur?

- Hansı mediada yazılıb? Kim yazıb? Mənə deyilsə ki, oynayaq, oynayacağıq. Oynamayaq deyilsə, oynamayacağıq. 

 

- Rəqib komandanın baş məşqçisi dedi ki, oyunda aqressvilik var idi. Siz bu fikirlə razısız?

- Aqressivlik yox, intensivlik var idi. "Neftçi" və "Qəbələ"nin futbolçularının bir-birini vurmasını, zədələməsini görmədim. 

 

- "Qarabağ"la oyunun təxirə salınması məsəsi son günlərdə gündəmi zəbt edib. Həmin matça xüsusi motivasiya ilə çıxmağa ehtiyac var, yoxsa adi oyun kimi yanaşacaqsız?

- Azərbaycan Premyer Liqasında 12 komanda var. Bizə görə onlardan biri bizik, digər 11 komanda isə rəqibdir. Mənim üçün hər oyun önəmlidir. Rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur. İstəyirəm ki, həm oyunda qələbə qazanım. Qarşımda duran tapşırıq budur.

 

- Hakimin idarəçiliyi sizi razı saldı?

- Mən baş məşqçiyəm və hakimin hərəkətlərini şərh edə bilmərəm. Bunun üçün federasiya, Hakimlər Komitəsi var. Amma səmimi deyim ki, bəzi məqamlarla razı deyiləm. Hakimlər də insandır, onlar da səhv edə bilərlər. Qərəzli yanaşma görmədim.

 

- Yeni transferiniz Breno Almeyda meydana çıxmağa hazırdır?

- Onu uzun müddətdir izləyirdik. Bizdə çox yaxşı skautinq var. Bu oyunçu həm skautların, həm də məşqçi heyətinin xoşuna gəldi. Həm cinahlarda, həm də hücumun mərkəzində oynamağı bacarır.Yaxşı sürəti, texnikası və driblinqi var. Ondan gözləntilərim böyükdür. Sabahdan etibarən bizimlə məşqlərdə olacaq. Əlbəttə ki, kollektivə tam uyğunlaşması üçün bir az vaxt lazımdır. Bir həftədən sonra oynaya bilər. Dərhal onu oyuna buraxa bilmərəm. Məşqlərdə futbolçuya baxmaq lazımdır.