Misli Premyer Liqasında XIX turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, altı qarşılaşmada ümumilikdə 4061 fanat qeydə alınıb.

"Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında (4:1) 951, "Sumqayıt" - "Zirə" (2:3) görüşündə 700, "İmişli" - "Kəpəz" duelində (0:0) 110, "Turan Tovuz" - "Karvan Yevlax" oyununda (1:0) 400, "Şamaxı" - "Qarabağ" matçında (1:2) 900, "Neftçi" - "Qəbələ" qarşılaşmasında (1:0) 1000 tərəfdar tribunada əyləşib.

Qeyd edək ki, XX tur fevralın 14-də başlayacaq.