Daha öncə qeyd etdiyimiz kimi, "Qarabağ"la yollarını ayıran Nəriman Axundzadə ABŞ təmsilçisi "Kolumbus Kru" ilə 3 illik rəsmi müqaviləyə imza atıb. Sport24.az xəbər verir ki, klubun baş meneceri İssa Toll Nərimanın keçidi ilə bağlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb:
"Nəriman klubumuza fərqli bacarıqlar gətirəcək və bu, komandamıza əlavə bir ölçü qatacaq. Onun texniki keyfiyyətləri və yüksək iş əzmi oyun üslubumuzla çox yaxşı uyğunlaşır.
Gənc yaşına baxmayaraq, Nəriman artıq həm ölkə daxilində, həm Avropa səviyyəsində, həm də milli komandada təcrübə qazanıb. Onu komandamızda qarşılamaqdan məmnunuq və burada necə inkişaf edəcəyini səbirsizliklə gözləyirik".