"Qarabağ" dünya reytinqində doqquz pillə irəliləyib. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.

 

Ağdam təmsilçisi 200 xalla 60-cı sırada qərarlaşıb.

 

Ölkənin digər klubları "Sabah" (96 xal) 224-cü yerdən 211-ə qalxıb. "Zirə" (63 xal) 389-cu mövqedən 418-ə, "Araz-Naxçıvan" (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

 

İlin əvvəlindəki son reytinqdə 553-cü olan "Neftçi", 627-ci yerdəki "Turan Tovuz" bu dəfə siyahıda göstərilməyib. Hər iki kollektiv "500-lük"dən kənar qalıb.

 

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu (595 xal) liderdir.