"Araz-Naxçıvan"ın son turlardakı nəticələrini kənardan izah vermək asandır, amma daxildə olmaq çox vacibdir. Andrey Demçenko yeni fəlsəfə ilə komandaya gəlib. Bu da mənfi fəsadların göstərir". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri "Araz-Naxçıvan"ın qış fasiləsindən sonrakı uğursuz çıxışını şərh edib:

"Futbolçular hələ baş məşqçinin istədiklərini tam həyata keçirə bilmirlər. Oyundan-oyuna məğlubiyyətlər də futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərir. "Araz-Naxçıvan" çempionatımızda iddialı komanda kimi çıxış edib. Bu mövsüm hələ heç nə itirilmiyib. Baxşıyevin dövründə "Araz-Naxçıvan" tam fərqli nəticələrlə qazanırdı. Hər bir halda atılan addımın bir izahı var. Yəqin inanıblar ki, Andrey Demçenko komandanı daha da üst səviyyəyə yüksəldə bilər. Komandanın içində olmadığımız üçün fikir bildirmək çətindir. Amma son nəticələrə əsasən Elmar Baxşıyevin göndərilməsinin doğru addım olmadığını deyə bilərik".

Qeyd edək ki, Naxçıvan klubu qış fasiləsindən sonra keçirtdiyi 3 oyundan 1 xal toplaya bilib.